Eduard Məmmədov 7-ci dəfə Avropa çempionu oldu

13:59 10 May 2016

Buxarestdə kikboksun WKA versiyası üzrə Avropa çempionatı keçirilib.

 

Sportarena.az xəbər verir ki, turnirdə 18 ölkədən 460 idmançı iştirak edib.


Turnirdə ölkəmiz 8 kikboksçu ilə təmsil olunub. Təmsilçilərimizdən Eduard Məmmədov (60 kq) Avropa çempionu tituluna sahib olub. İyirmi ikiqat dünya çempionu Avropada 7-ci qələbəsini qazanıb.

Sərhəd qoşunlarının kapitanı, Dünya və Avropa çempionu olmuş, kikboksinq üzrə dünya kubokunun sahibi Fuad Zeynalov (91 kq) isə ikinci yerin sahibi olub. Bundan əlavə, gənc və yeniyetmə idmançılarımız da bu yarışda uğurla çıxış ediblər.


Digər xəbərlər

Xəbər xətti