"Bavariya" Portuqaliyanın "Benfika" klubunun futbolçusu Renato Sançezi trasfer edib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Bavariya" 18 yaşlı futbolçunu heyətinə qatmaq üçün "Benfika"ya 35 milyon avro təzminat ödəməli olub. Futbolçu "Bavariya" klubu ilə 2021-ci ilədək müqavilə imzalayıb.
Bu transfer "Benfika" klubu tarixində satdığı ən bahalı ikinci futbolçu olub. Belə ki, komanda daha öncə futbolçusu Aleks Vitseli 40 milyon avro qarşılığında Rusiyanın "Zenit" klubuna satmışdı.
Xatırladaq ki, bir müddət öncə İngiltərənin "Mançester Yunayted" klubu sözügedən futbolçunu transfer etmək niyyətində idi.
Qeyd edək ki, cari mövsümdə "Benfika" forması ilə 46 matça çıxan 18 yaşlı futbolçu 6 dəfə rəqib qapılarına yol tapmağı bacara bilib.