UEFA rəhbəri Mişel Platini tutduğu vəzifədən istefa verib.
Sportarena.az xəbər verir ki, CAS Platininin 6 il futboldan uzaqlaşdırılması ilə bağlı qərara Platininin appelyasiyasını qəbul etməyib. Qurum onu yalnız azaldaraq 4 ilə endirib. Məhz bundan sonra Platini istefa ərizəsini yazıb.
Çox güman ki, bununla da Platininin futbol siyasətçisi karyerası başa çatıb. Belə ki, FİFA-nın 2019-cu ildə keçiriləcək növbəti seçkilərində də iştirak edə bilməyəcək.