Rusiyanın ən köklü klublarından və dönəminin ən pis mövsümünü keçirən “Dinamo Moskva” axır ki, baş məşqçi Andrey Kobelevi istefaya göndərib.
Rəhbərlik bu qərarı son turdakı Moskva derbisində “Spartak”a 3-0 hesablı məğlubiyyətdən sonra verib. Klub son 5 matçda cəmisi 1 xal toplayıb və 27 turdan sonra 12-ci yerdədir. Keçid matçlarından isə klubu cəmisi 1 xal ayırır.
Müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Müvəqqəti olaraq kluba son zamanlara kimi gənc komandanı çalışdıran Sergey Çikişev rəhrbərlik edəcək.
Komannın keçmiş məşqçisi Dmitroy Xoxlov mətbuata açıqlamasında bildirib ki, o kluba rəhbərlik etməyə hazırdır, amma hələki ona müraciət edən olmayıb.