Sərbəst və yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarının püşkatma mərasimi keçirilib.
Sportarena.az xəbər verir ki, püşkatma mərasimi ötən həftə Türkiyənin İstanbul şəhərində Rio Olimpiadasına II Dünya təsnifat turniri zamanı keçirilən Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında baş tutub.
Yunan-Roma güləşi | Sərbəst güləş | |||
A qrupu | Rusiya Belarus Almaniya Qazaxstan |
Rusiya Gürcüstan Türkiyə Monqolustan |
||
B qrupu | İran AZƏRBAYCAN Türkiyə Ukrayna |
İran AZƏRBAYCAN Hindistan ABŞ |
Xatırladaq ki, yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışları mayın 19-20-də İran İslam Respublikasının Şiraz şəhərində, sərbəst güləş üzrə Dünya Kuboku yarışları isə, iyunun 11-12-də ABŞ-ın Los Anceles şəhərində baş tutacaq.
Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışda yunan-Roma güləşi üzrə yığma komandamız tarixində ilk dəfə Dünya Kubokunun sahibi olub, sərbəst güləşçilərimiz isə yarışları 3-cü yerdə başa vurub.