Türk əsilli hakim Hollandiyanın ən yaxşısı seçildi

14:14 11 May 2016

Hollandiya Erediviziyasında ilin hakimi müəyyənləşib. 


Sportarena.az xəbər verir ki, ən gənc referi olan 30 yaşlı  Serdar Gözübüyük mövsümdə ən yaxşı adına layiq görülüb.


FIFA referisi  ölkənin ən tanınmış hakimləri olan  Björn Kuipers və Danny Makkelieni arxada qoyaraq "Qızıl vərəqə" mükafatına sahib çıxıb.


Çempionatda 24 oyunda çalışan türk əsilli referinin orta xalı 6,630-a bərabərdir.


Digər xəbərlər

Xəbər xətti