17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirində son oyununu keçirib.
Sportarena.az xəbər verir ki, 8-ci KM stadionunda Şotlandiya komandası ilə qarşılaşan yığmamız Fərid Nəbiyevin 79-cu dəqiqədə vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.
Yığmamızın mübarizə apardığı A qrupunda birinci yeri 7 xal toplayan Portuqaliya komandası tutub. Belçika yığması 5 xalla ikinci yerdə qərarlaşaraq portuqaliyalı futbolçularla birgə 1/4 final mərhələsinə vəsiqə qazanıb. Yığmamız 4 xal toplayaraq turniri A qrupunun üçüncüsü kimi başa vurub.