"Moskvada baş tutan qalmaqallı qaydasız döyüş yarışının təşkilatçıları ermənilərdir".
Sportarena.az xəbər verir ki, bu sözləri baku.ws saytına açıqlamasında Azərbaycan Pankration (Qaydasız Döyüş) Federasiyasının prezidenti Azad Əsgərov deyib. Onun sözlərinə görə, OFS-8 (Octagon Fighting Sensation) turniri beynəlxalq səviyyədə tanınmır və yalnız ermənilər tərəfindən keçirilir.
"Yarışda Azərbaycan adında iştirak edən 19 yaşlı gənc Rusiyada yaşayan dağıstanlı idmançıdır. Bu turnirdəki teatrı ermənilər özləri düzüb-qoşublar. Döyüşən idmançının azərbaycanlı olub olmadığı da məlum deyil. Onlar yarışda qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını çıxarıblar. Əgər beynalxalq səviyyəli yarış olsa idi heç o bayrağı açmağa qoymazdılar".
Rusiya Pankration (Qaydasız Döyüş) Federasiyasının rəsmisi də məsələyə münasibət bildirib və turnirin erməni təşkilatçılar tərəfindən keçirildiyini bildirib.
Qeyd edək ki, ötən gün Rusiyanın paytaxtı Moskvada OFS-8 (Octagon Fighting Sensation) turniri keçirilib. Ermənilərin təşkil etdiyi yarışda erməni idmançı Albert kazaryan guya azərbaycanlı idmançı Rüstəm Murtazovu məğlub edib.