Liverpulun yarımmüdafiəçisi Emre Can zədədən sağalma prosesi haqda danışıb.
 
"Sıraya tez dönmək üçün alışıb-yanırdım. Bu mənim məqsədim idi. Hər gün Melvuddakı bazada 7-8 saat keçirirdim. Fizioterapevtlər ilə çox işləyirdim.Sağaldığıma görə çox xoşbəxtəm.
 
Fikrimcə bu mənim ən yaxşı mövsümümdür. Çox oynayıram , xüsusilə də sevdiyim mövqedə çıxış etmək xoşuma gəlir. Kloppun gəlişindən sonra xeyli irəliləmişəm", – deyə Can bildirib.
 
Xatırladaq ki, alman xavbek 3 həftə zədəyə görə oynaya bilməmişdi. 
                       
                                                
                        
 
                
                              
 
                       
                                            
 
