Gələcək mövsüm "Fənərbaxça"nın baş məşqçisi olacağı söylənilən Mirça Luçesco üçün maraqlı açıqlama edilib.
Sportarena.az xəbər verir ki, Luçesconun yaxın dostu və FIFA meneceri Doğan Ercan, rumın mütəxəssislə söhbəti haqda danışıb.
Türkiyə radiosunda canlı yayımda qonağı olan agent bunları söyləyib: "Luçesco ilə matçdan sonra danışdım. Türkiyədən heç bir klub mütəxəssislə danışmayıb.
O, isə artıq "Zenit"lə prinsipial razılıq əldə edib. Rusiya klubu çox yaxşı bir təklif göndərib, Luçesku da qəbul edib"