Azərbaycanlı tələbə ABŞ-da qalib oldu

13:27 12 May 2016

Texas Universitetində yüngül atletika üzrə Amerika Birləşmiş Ştatlarındakı Tələbələrin Liqa yarışları keçirilib. 


Sportarena.az xəbər verir ki, ənənəvi mötəbər yarışda Birləşmiş Ştatların əksər universitetlərinin tələbələri mübarizə aparıb. 

 

Turnirdə ABŞ-da təhsil alan azərbaycanlı tələbə Ələsgər Məmmədov da iştirak edib. Hündürlüyə tullanma yarışlarında həmyerlimiz 2.05 m nəticəylə üçüncü yeri tutub. Yarışın qalibi adını 2.16 m nəticəylə Çarles Austin qazanıb. 

 

Yekun nəticələrə əsasən Miçiqan Universitetində təhsil alan Azərbaycanlı tələbə Ələsgər Məmmədov yarışın bürünc medalına layiq görülüb. 


Digər xəbərlər

Xəbər xətti