Rövnəq Abdullayev və Azad Rəhimov milli komanda ilə görüşdü

13:59 12 May 2016

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirində Şotlandiya komandasına 1:0 hesabı ilə qalib gəldiyi oyundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev və Gənclər və İdman naziri Azad Rəhimov paltardəyişmə otağında yığmamızın üzvləri ilə görüşüb.


Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, R.Abdullayev və A.Rəhimov qələbə münasibətilə futbolçularımızı təbrik edib, ilk oyundakı böyükhesablı məğlubiyyətdən sonra özündə güc taparaq əzmkar mübarizə aparan, psixloji çətinliklərin öhdəsindən uğurla gələrək növbəti oyunlarda bir heç-heçə və bir qələbə əldə edən yığmamıza təşəkkür edib, gələcək turnirlərdə uğurlar arzulayıblar.


Digər xəbərlər

Xəbər xətti