"Ayaks"ın baş məşqçisi Frank De Bur gələn ilin yayına qədər olan müqaviləsini pozmaq niyyətindədir.
Sportarena.az xəbər verir ki, 45 yaşlı holland mütəxəssis yayda komandadan gedərək başqa klubu çalışdır bilər. Bir müddət əvvəl onun agenti "Valensiya" və "Everton"un marağının olduğunu söyləmişdi. Əgər bu komandalarla danışıqlar alınmasa De Bur işində fasilə verəcək.
Qeyd edək ki, "Ayaks"da isə De Buru çox güman ki, hazırda "Makkabi" Tel Əviv komandasını çalışdıran Piter Boş əvəz edəcək.