Robert Prosineçki Türkiyədə oynayan futbolçunu milliyə dəvət etdi

17:09 12 May 2016

Türkiyə PTT 1-ci liqasında çıxış edən "Qaziantep Böyükşəhər Bələdiyyəspor"un futbolçusu Ufuk Budak Azərbaycan millisinə dəvət olunub.


Sportarena.az xəbər verir ki, yığmanın baş məşqçisi Robert Prosineçki 25 yaşlı müdafiəçini Andorra, Makedoniya və Kanada ilə yoxlama matçları üçün milliyə dəvət edib.


Bundan başqa, Türkiyə mətbuatı Budakın bu mövsüm uğurlu çıxışı ilə seçildiyini və superliqa klublarının maraq dairəsinə düşdüyünü yazıb.


Ufuk Budak bu mövsüm çempionatda 26 oyun keçirib, aktivinə 2 qol yazdırıb. O, sonuncu dəfə 2014-cü ildə, Berti Foqts tərəfindən milliyə çağırılıb.


Digər xəbərlər

Xəbər xətti