"Borussiya" daha bir tranferi gerçəkləşdirib.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, komanda Fransanın "Renn" klubunun yarımmüdafiəçisi Ousman Dembele ilə 5 illik müqavilə imzalayıb. Lakin, klub bu transferə nə qədər pul xərclədiyi barəsində məlumat verməyib.
Xatırladaq ki, 18 yaşlı futbolçu ilə "Barselona" və "Lester" klubu da yaxından maraqlanırdı.
Qeyd edək ki, cari mövsüm Fransa çempionatında 25 matça çıxan Dembele, bu qarşılaşmalarda 11 qol vurmuş və 3 asist etmişdir.