Mayın 6-8-də Hövsan Olimpiya İdman Kompleksində universal döyüş üzrə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş beynəlxalq turnir keçirilib.
Sportarena.az xəbər verir ki, yarışda Azərbaycan idmançıları ilə yanaşı, 9 ölkədən (Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan) 278 idmançı bacarığını nümayiş etdirib.
Komandamızın üzvləri uğurla çıxış edərək 9 qızıl medala sahib çıxıblar.
İdmançılarımızdan Cümşüd Məmmədov (60 kq), Elçin Hüseynli (65 kq), Namiq Məmmədzadə (70 kq), Əziz Əzimov (75 kq), Əliqismət Məmmədov (80 kq), Nicat Tağıyev (90 kq), Tahir Məsimov (95 kq), Yasər Rüstəmov (+95 kq) bütün rəqiblərini üstələyərək çempion tituluna yiyələniblər.
Ümumi hesabda Azərbaycan yığma komandası birinci pillədə qərarlaşıb. Rusiya komandası ikinci, İran yığması isə üçüncü olub.
Turnir çərçivəsində peşəkarlar arasında 5 reytinq döyüşü və Asiya kəməri uğrunda döyüş də təşkil edilib. Nihad Qocayev (75 kq) və Fərid Mirzəbəyov (85 kq) reytinq döyüşlərində qalib adını qazanıblar. Asiya kəməri uğrunda döyüşdə isə Nicat Əliyev (75 kq) çempion olaraq kəməri ölkəmizdə saxlayıb.
Döyüşlərdə fərqlənmiş idmançılara da mükafatlar təqdim olunub. Cümşüd Məmmədov yarışın «ən texnikalı döyüşçü»sü, Namiq Məmmədzadə isə «ən əzmkar döyüşçü» adına layiq görülüb