İslam Oyunlarının loqosu təqdim olundu

23:33 12 May 2016

12-22 may 2017 – ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının yeni loqosunun və Oyunların brendinin təqdimat mərasimi keçirilib. Media nümayəndələri üçün baş tutan mətbuat konfransı zamanı keçirilən təqdimat mərasimində loqonun Azərbaycanlı dizaynerlər qrupu tərəfindən hazırlandığı diqqətə çatdırılıb. Bildirilib ki, loqo İslam dövlətlərinin tarixi, irsi və mədəniyyəti özündə bilrləşdirib.

Yeni Bakı 2017 brendinin əsas mövzusuna gəldikdə isə burada əksər Müsəlman dövlətlərinə xas olan zəngin mədəni ənənənin tərkib hissəsi olaraq,  xalçaçılığın müasir təsviri yer alıb. Brenddə İslam dünyasının sənətkarlığını, mədəniyyətini və çoxəsrlik ənənələrini əks etdirən qalın rəng palitrasından istifadə edilib.

Xalça kombinasiyasındakı elementlər Azərbaycan irsini simvolizə edir. Bu elementlər YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərində tarixi təsvirlərə ehtiram əlaməti olaraq idman növləri ilə eleqant şəkildə birləşdirilib.

Bu, İslam mədəniyyətinin və İslam Həmrəyliyi Oyunlarında keçirilən idman tədbirlərinin müasir təsviridir. Qeyd edək ki,  dizayn biletlər, uniformalar üzərində əks etdiriləcək və Oyunlarla bağlı satılan əşyalar və məkanlar üçün yenidən təfsir olunacaq.

Azərbaycan Respublikasının Gənclər və İdman Naziri, AISGOC-nin baş icraçı direktoru cənab Azad Rəhmiov bildirib:

“Müasirliyi ilə yanaşı Dünyanın İslam dövlətlərinin zəngin mədəni tarixini özündə əks etdirən Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının yeni brendinin təqdimatını keçirməkdən məmnun olduq. Tarixi, mədəniyyəti, keçmişi və gələcəyi özündə cəmləşdirən brendin oyunların ictimaiyyət tərəfindən daha çox tanınmasında əvəzsiz rol oynayacaq".

Qeyd edək ki, yeni brend Bakı 2017-nin yenilənmiş rəsmi internet saytının istifadəyə verilməsi çərçivəsində hazırlanıb.

 


Digər xəbərlər

Xəbər xətti