Çexiya çempionatında keçirilən "Prşibram" - "Slaviya" oyunu qalmaqalla yadda qalıb.
Sportarena.az xəbər verir ki,, matçın hakimlərindən ikisi oyunu sərxoş halda idarə edib.
Çexiya Futbol Federasiyası hər iki referini qeyri-müəyyən müddətə idarəçilikdən kənarlaşdırıb. Onların ömürlük hakimlikdən uzaqlaşdırılacağı da istisna olunmur.
Qeyd edək ki, qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.