"Rostov"un 11 futbolçusunu dopinq yoxlamaya apardılar

15:10 13 May 2016

"Rostov" komandası səfərdə "Dinamo"ya qalib gəldikdən sonra nadir hadisə ilə üzləşib. 


Sportarena.az Rusiya mətbuatına istinadən xəbər verir ki, oyundan dərhal sonra komandanın 11 futbolçusunu dopinq yoxlanışına aparıblar. Yoxlamanı FİFA-nın dopinq-zabitləri aparıblar.

 Xatırladaq ki, bir müddət öncə "Rostov" klubunun futbolçularının meldonium adlı maddədən istifadə etdikləri barədə məlumat yayılmışdı. 


Qeyd edək ki, Moskva "Dinamo"su ilə qarşılaşma Rostovun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Hazırda cənub təmsilçisi ölkə çempionatında 2-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti