İtaliya millisinin baş məşqçisi Antonio Konte ilə anlaşan "Çelsi"nin ilk transferi A Seriyasından olacaq.
Sportarena.az xəbər verir ki, London klubu Qonzalo Hiquaynı heyətinə qatmağa hazırlaşır.
"Napoli"də çıxış edən argentinalı ulduzun transferini Konte özü şəxsən istəyib. "Çelsi" Hiquayn üçün italyanlara 48 milyon avro təklif edəcək.
A Seriyasının 34 oyununda 33 dəfə fərqlənən argentinalı bombardirlər yarışına başçılıq edir və ən yaxın izləyicisi "Milan"lı həmkarı Karlos Bakkanı 16 topla qabaqlayır.