I Divizionda mövsümə yekun vuruldu

19:07 13 May 2016

Futbol üzrə Azərbaycan I Divizionunda 26-cı tura yekun vurulub. 


Sportarena.az xəbər verir ki, son turda 3-cü yerin sahibi də müəyyənləşib. 


Qızıl medalların sahibi “Neftçala” və gümüş medallara yiyələnən “Qaradağ Lökbatan”ın ardından çempionatı 3-cü pillənin sahibi kimi “Ağsu” tamamladı. MOİK və “Ağsu”nun xalları eyni olsa da, şəxsi oyunlarda ikinci öndədir. 


I Divizionda 2015/2016-cı illər mövsümünün bombardiri aktivində 24 qolu olan Röyal Nəcəfovdur (MOİK).


“Bakılı” 2-2 “Göyəzən”
(Ramil Həşimzadə, 15; Əbülfət Abbasov, 31 // Vüsal İbrahimov, 55; Arzuman Vəliyev, 84)


“Neftçala” 10-0 “Energetik”
(Aqşin Muxtaroğlu, 14; David Janelidze, 22, 33, 49, 72, 77; Məhəmməd Xəlilov, 64; Elvin Adışirinli, 70; Məlikməmməd Abbasov, 76; Məhəmməd Alıyev, 89)


“Turan” 1-0 “Şəmkir”
(Azər Məmmədov, 63)


“Qaradağ Lökbatan” 1-0 “Mil-Muğan”
(Cavid Muxtarzadə, 20)


“Zaqatala” 1-1 “Ağsu”
(Elvin Nəsibov, 14 // Qalib Əmrahov, 73)


MOİK  9-1 “Şahdağ”
(Röyal Nəcəfov, 7, 12, 17, 49, 52, 65 (p.); Orxan Həsənov, 62; Sənan Bayramzadə, 81, Fuad Məmmədzadə, 83 // Sərxan Ağayev, 51 (p.)


Digər xəbərlər

Xəbər xətti