Zlatan İbrahimoviçin PSJ-ni tərk edəcəyini açıqlayıb. Sosial hesablarında Paris klubunun stadionunun şəklini paylaşan isveçli forvard bu sözləri yazıb:
"Sabah "Park de Prens"də sonuncu oyunuma çıxacam. Mən bura kral kimi gəldim, kral kimi də gedirəm".
İbrahimoviçin PSJ ilə müqaviləsinin müddəti bu ayın sonu başa çatır.
Zlatan PSJ-də keçirdiyi 4 mövsümdə 11 kubok qazanıb, 3 dəfə Fransanın ən yaxşı futbolçusu, həmçinin PSJ tarixində ən yaxşı bombardir olub.
Daha əvvəl bildirilirdi ki, İbrahimoviç böyük ehtimalla ABŞ-ın "Los-Anceles Qalaksi" klubuna keçəcək.
Təcrübəli futbolçu bu mövsüm 30 oyunda 36 qol vurub, 14 məhsuldar ötürmə ilə yadda qalıb.