"Trabzonspor" baş məşqçisini qovdu

11:12 14 May 2016

"Trabzonspor" klubu baş məşqçisi Hami Mandiralı ilə yolları ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Buna səbəb komandanın Türkiyə Superliqasının 33-cü turunda "Antalyaspor"a 7:0 hesabı ilə məğlub olmasıdır.


Xatırladaq ki, bu hesab "Trabzonspor" klubunun tarixi ərzində aldığı ən böyük məğlubiyyətdir.

Qeyd edək ki Türkiyə millisinin sabiq üzvü "Trabzonspor"dan əvvəl "Antalyaspor"u çalışdırıb. O, bu ilin yanvarında "Trabzonspor"un baş məşqçisi vəzifəsinə gətirilmişdi.


Digər xəbərlər

Xəbər xətti