"Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi Fernando Qabrielin çıxış edəcəyi yeni klub müəyyənləşib.
Sportarena.az xəbər verir ki, o, karyerasına Braziliya A Seriyasında davam edəcək.
Yarımmüdafiəçi ölkəsinin "Santa Krus" klubu ilə müqavilə imzalayıb.
Xatırladaq ki, F.Qabriel 2014/15 mövsümünün ilk yarısında "Xəzər Lənkəran" klubunda çıxış edib. O, "Xəzər Lənkəran"ın heyətində çıxdığı 12 matçda 3 qol vura bilmişdi.