Ukraynada kunq fu və uşu üzrə keçirilən Avropa Çempionatında qalmaqal yaşanıb.
Sportarena.az xəbər verir ki, dünən keçirilən yarışda aəzrbaycanlı idmançının erməni ilə qarşılaşması zamanı qondarma "Dağlıq Qarabağ respublikası"nın "bayrağı" arenaya gətirilib. Bu səbəbdən arenada münaqişə yaranıb.
Rinqdəki idmançılar və onların məşqçiləri, eləcə də döyüşü izləyənlər arasında kütləvi dava düşüb.