İtaliyanın "Milan" klubunun səhmlərinə çinlilər sahib çıxıb.
Sportarena.az xəbər verir ki, klubunun sahibi alqı-satqıyla bağlı Çin şirkətiylə razılıq əldə edib.
İtaliyanın "Sporcope" dərgisinin iddialarına görə, klubun səhmlərinin 70 faizi 550 milyon avroya satılıb. Adı açıqlanmayan Çin şirkətinin "Milan"ın 250 milyon avroluq borcunu da ödəyəcək və beləcə anlaşmanın maddi dəyəri 800 milyona çatacaq.