"Bavariya" Almaniya kubokunun finalında qarşılaşacağı "Borussiya" ilə matça ciddi itki ilə çıxacaq.
Sportarena.az xəbər verir ki, klub zədə səbəbi ilə Aryen Robbenin xidmətindən yararlana bilməyəcək. Bu xəbəri komandanın baş məşqçisi Pep Qvardiola da təsdiqləyib
Xatırladaq ki, Almaniya kubokunun finalı mayın 21-də keçiriləcək.