Lui van Qaal: "Növbəti mövsümdə də "MY"nı çalışdırmaq istəyirəm"

14:33 14 May 2016

"Mançester Yunayted"in baş məşqçisi Lui Van Qaal növbəti mövsüm də "qırmızı şeytanlar"ı çalışdıra bilər.


Sportarena.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, bu barədə baş məşqçi açıqlamasında bildirib.

"Mən artıq rəhbərliyə klubda daha bir mövsüm çalışmaq istədiyim barədə bildirmişəm. Bu mənim şəxsi fikrimdir. Lakin yekun qərarı rəhbərlik verəcək.


Lakin komanda Çempionlar Liqasına vəsiqə qazanmasa bu iş bir az çətinləşəcək. Bu barədə bütün ümidlərimizi "Mançester Siti"yə bağlamışıq. Amma biz kubokun finalına da yüksəlmişik. Kuboku qazanacağımız təqdirdə rəhbərliklə yeni müqaviləyə ümid etmək olar".


Digər xəbərlər

Xəbər xətti