Avropa Voleybol Konfederasiyası (CEV) Konstantin Selinə yeni təyinat verib.
Sportarena.az xəbər verir ki, hakimimiz qadın komandaları arasında Avropa Liqasının A qrupunda ədaləti qoruyacaq. K.Selin Polşa-Albaniya oyununda köməkçi, Albaniya-Slovakiya və Slovakiya-Polşa matçlarında əsas hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, bu qrupda ilk dövrənin qarşılaşmaları Polşada keçiriləcək.