Bu gün 17 yaşadək futbolçulardan ibarət komandaların Bakıda keçirilən Avropa çempionatında 1/4 finalın on oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, günün ilk qarşılaşmasında İspaniya və İngiltərə ilə qarşılaşacaq.
1/4 finalın son qarşılaşmasında isə İsveç və Hollandiya milliləri üz üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatında yarımfinal oyunları mayın 18-də keçiriləcək.
15 may
Avropa çempionatı, 1/4 final oyunları
16:00. İspaniya – İngiltərə 1:0
Baş hakim: Sveyn-Erik Edvartsen (Norveç)
Hakimin köməkçiləri: Ceyhun Sesigüzel (Türkiyə), Levan Varamişvili (Gürcüstan)
Dördüncü hakim: Mitya Zqaneç (Sloveniya)
8-ci km qəsəbə stadionu
20:00. İsveç – Hollandiya 0:1
Baş hakim: Ville Nevalaynen (Finlandiya)
Hakimin köməkçiləri: Emmet Dinan (İrlandiya), Edvard Spiteri (Malta)
Dördüncü hakim: Bartoş Frankovski (Polşa)
8-ci km qəsəbə stadionu