Liqa 1-in 38-ci turunda "Nant"la oyunda iki dəfə fərqlənən Zlatan İbrahimoviç PSJ-də bu mövsüm meydana çıxdığı 31-ci oyunda 38-ci qolunu vurub.
Sportarena.az xəbər verir ki, bu nəticə ilə o, 1977/78 mövsümündə parislilərin heyətində rekorda imaz atan Karlos Byankinin göstəricisini yeniləyib.
Xatırladaq ki, bu oyun həm də İsveç milli komandasının kapitanının PSJ-nin heyətində son matçı olub.