"İnter"in qolkiperi Samir Handanoviç karyerasını PSJ-də davam etdirə bilər.
Sportarena.az "La Gazette dello Sport" nəşrinə istinadən xəbər verir ki, Fransa klubu qolkiper üçün 15 milyon avrodan keçməyə razıdır. Qapıçı özü də PSJ-yə keçmək niyyətindədir. Buna səbəb, Handanoviçin gələn mövsümdən Çempionlar Liqasında çıxış edən bir klubda oynamaq istəməsidir.