"Azəryol" Avrokuboklardan imtina etdi

23:29 15 May 2016

Bir neçə il əvvəl ən çox diqqət görən idman növlərindən biri olan voleybolda vəziyyət gündən-günə pisləşir. Ötən yaydan bu idman növünə ayrılan maliyyə xeyli azalıb. Növbəti mövsümdə durumun daha da ağırlaşacağı gözlənilir.

"Lokomotiv" 1 milyon dollara yaxın borca görə dağılmaq təhlükəsiylə üzləşib. Bu azmış kimi, "Azəryol"da da ciddi maliyyə problemləri baş qaldırıb. Son mövsümdə 4-cü yeri tutan Ziya Rəcəbovun komandası CEV kubokunda iştirak etmək hüququna malik olsa da, rəhbərlik bu yarışa qatılmaqdan imtina edib. Büdcəsi xeyli azaldılan klub növbəti mövsümdə sırf yerli oyunçularla və olduqca zəifləmiş heyətlə oynamağı planlaşdırır. Rəhbərliyin dəyişməsi də gündəmdədi. Belə vəziyyətdə klubun avrokuboklara qatılması münasib sayılmayıb.

 


Digər xəbərlər

Xəbər xətti