Bu gün Səbael rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərcivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəməsi davam edib.
Sportarena.az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Cavid Hüseynovun vəkili Adəm Məmmədov müdafiə çıxışı edib. O çıxışında Cavid Hüseynova bəraət hökmünün çıxarılmasını istəyib: "Məhkəmə istintaqı dövründə də məlum oldu ki, Cavidin heç bir günahı yoxdur. Bu adam hadisəni KİV-dən eşidib. Rasimlə də danışıb. Söhbətin həll olunduğunu deyib. Elşənə də dəfələrlə məsələnin bağlandığını, Rasimlə görüşməməyi deyib. Cavid Hüseynov barəsində bəraət hökmü çıxarılmalıdır".
Növbəti proses mayın 25-də keçiriləcək. Prosesdə C.Hüseynov son sözlə çıxış edəcək.
Xatırladaq ki, ötən proses prokuror Cavid Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. (Lent.az)