Bu gün Bayıl stadionunda “Neftçi” İK və “Qəbələ” komandaları arasında keçirilmiş final oyunu ilə AFFA-nın U-10 Liqasının 2015/2016-cı il mövsümünə yekun vurulub.
Sportarena.az xəbər verir ki, qarşılaşma 2:0 hesabı ilə “Neftçi” İK-nın xeyrinə başa çatıb.
Üçüncü yer uğrunda keçirilmiş oyunda isə “Qarabağ” Gəncənin “Bağman” TİM komandasını 1:0 hesabı ilə məğlub edib.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov, AFFA-nın texniki direktoru Bernhard Lippert, “Qəbələ” İK-nın vitse-prezidenti Fariz Nəcəfov və idman direktoru Toni Adams təqdim ediblər.
U-10 Liqasının bombardiri 60 qolla UGİM (Siyəzən) komandasının üzvü Bəhlul Mehdiyev olub. “Neftçi” İK-nın hücumçusu Kənan Cəfərli liqanın ən yaxşı futbolçusu seçilib. Fair Play mükafatına isə “Qəbələ”nin oyunçusu Samir Musayev layiq görülüb.