"M-1 Challenge 67" turniri ilk dəfə Bakıda keçiriləcək

21:32 16 May 2016

Dünyanın məşhur “M-1 Challenge 67” yarışı Bakıda keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, “M-1 Challenge 67” iyunun 4-ü “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq. On beş ölkədən idmançıların iştirak edəcəyi turnirdə bir-birindən maraqlı 10 döyüşün keçiriləcəyi gözlənilir.


Mötəbər turnirdə Azərbaycanı üç idmançı təmsil edəcək. Bunlar dünya və Avropa çempionları Taleh Nəcəfzadə, Zaur Hacıbabayev və Etiqad Atakişiyevdir.


Qeyd edək ki, dünyanın 150 ölkəsində canlı yayımlanacaq turnir Azərbaycan paytaxtında ilk dəfə keçirilir. (AZƏRTAC)


Digər xəbərlər

Xəbər xətti