Mayın 23-dən iyunun 4-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək Azərbaycan millisinin qeyd olunmuş hazırlıq prosesi üçün açıqlanmış heyətində dəyişiklik baş verib.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qəbələ" klubunun üzvü Elvin Camalov zədələndiyi üçün millinin heyətindən çıxarılıb. Əvəzində, “Kəpəz”dən Budaq Nəsirov milli komandaya dəvət olunub.