Azərbaycanın iki klubu Çempionlar Liqasında mübarizə aparacaq

15:02 17 May 2016

2016/2017-ci il mövsümündə Azərbaycanı voleybol üzrə avrokuboklarda iki klub təmsil edəcək.


Sportarena.az xəbər verir ki, qadınlardan ibarət “Azərreyl” və “Telekom” komandaları Çempionlar Liqası yarışlarında mübarizə aparacaqlar.


Qeyd edək ki, “Telekom” yenə baş məşqçi Zoran Qayiçin rəhbərliyi altında çıxış edəcək. Ancaq “Azərreyl”in baş məşqçi məsələsinə hələ aydınlıq gəlməyib.


Digər xəbərlər

Xəbər xətti