Azərbaycan milli komandasının Avstriyada keçiriləcək təlim-məşq toplanışına dəvət edilən 3 futbolçu – Budaq Nəsirov, Adil Nağıyev və Vüqar Mustafayev bu hazırlıq prosesində sonadək iştirak edə bilməyəcəklər.
Sportarena.az xəbər verir ki, onlar mayın 27-dən etibarən Sloveniyada toplanışda olacaq 21 yaşadək futbolçulardan ibarət yığmanın hazırlıq prosesinə qoşulacaqlar.
Qeyd edək ki, əsas millimizin hazırlıq prosesi mayın 23-dən iyunun 4-dək davam edəcək.