Almaniyanın "Verder" klubu Klaudio Pizarro ilə yeni müqavilə imzalayıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən 37 yaşlı hücumçu daha bir il "Verder"də çıxış edəcək.
Qeyd edək ki, Pizarro bu il Bundesliqada 28 matça çıxıb və 14 qol vurub. Ümumilikdə isə o, "Verder"in heyətində Bundesliqada ümumilikdə 103 qola imza atıb.