Ueyn Runi "Old Trafford"da 100-ə çatdı

23:55 17 May 2016

Bu gün İngiltərə Premyer Liqasında "Mançester Yunayted"lə "Bornmut" arasında 38-ci turun təxirə salınmış oyunu keçirilir.


Sportarena.az xəbər verir ki, hal-hazırda davam edən matç "qırmızı şeytanlar"ın hücumçusu Ueyn Runi üçün əlamətdar olub. Belə ki, 30 yaşlı futbolçu bu gün "Old Trafford"da 100-cü qolunu vurub. Bu matçın 43-cü dəqiqəsinə təsadüf edib.


Bu qolla Runinin "Mançester Yunayted"dəki karyerası ərzində vurduğu 245-ci qolu olub. Futbolçu hal-hazırda "qırmızı şeytanlar"ın tarixində ən çox qol vuran futbolçu olan Ser Bobbi Çarltondan 4 top geri qalır. Belə ki, əfsanəvi futbolçu "Mançester Yunayted"in heyətində 249 qol vuran yeganə futbolçudur.


Digər xəbərlər

Xəbər xətti