Riberi: "Fransa millisində oynamaq istəmirəm"

00:29 18 May 2016

"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi maraqlı fikirləri ilə diqqət çəkib.


2014-cü ildə yığmadakı karyerasını başa vuran fransalı futbolçu milliyə qayıtmaq istəmədiyini bildirib:


"Heç vaxt Deşama əhəmiyyət verməmişəm. Buna görə də onun hərəkətlərini anlamıram. Mən Deşamın yığmaya ən yaxşı futbolçuları çağırmalı olduğunu söylədim. Bu, mənim yığmaya qayıtmaq istəyim anlamına gəlməməlidir. Fransa millisində oynamaq istəmirəm. Artıq 2014-cü ildə yığmadakı karyeramı başa vurdum. Hazırda yalnız "Bavariya"dakı karyeram haqda düşünürəm".

Qeyd edək ki, Fransa millisinin baş məşqçisi Didye Deşamın "Avro-2016" üçün açıqladığı heyətdə Riberinin adı yoxdur.


Digər xəbərlər

Xəbər xətti