Portuqaliya və İspaniya finalda - YENİLƏNİB

21:40 18 May 2016

Bu gün 17 yaşlı futbolçular arasında Bakıda baş tutan Avropa çempionatının yarımfinal mərhələsinin oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, yarımfinal mərhələsinin hər iki matçı bu gün, "Dalğa Arena"da reallaşacaq.

 

Günün ilk matçı Portuqaliya ilə Hollandiya millisi arasında keçiriləcək. Maraqla gözlənilən matç saat 15:00-da start götürəcək. İkinci finalçının adını müəyyənləşdirəcək daha bir qarşılaşma isə, Almaniya ilə İspaniya arasında keçiriləcək.


18 may

Avropa çempionatı, 1/2 final
 

15:00. Portuqaliya - Hollandiya  2:0
Baş hakim:
Peter Kraloviç (Slovakiya) 
Köməkçi hakimlər: Balaş Buzas (Macarıstan), Lazaros Dimitriadis (Yunanıstan)
Dördüncü hakim: Qunnar Yarl Consson (İslandiya)
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)
UEFA nümayəndəsi: Ludovik Mikallef (Malta)
“Dalğa Arena”
 


20:00. Almaniya - İspaniya 1:2
Baş hakim:
Bartoş Frankovski (Polşa)
Köməkçi hakimlər: Georgi Todorov (Bolqarıstan), Ceyhun Sesigüzel (Türkiyə)
Dördüncü hakim: Ville Nevalaynen (Finlandiya)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
UEFA nümayəndəsi: Rudolf Zavrl (Sloveniya)
“Dalğa Arena”


Digər xəbərlər

Xəbər xətti