Mourinyo "Fənərbaxça"ya gəlir?

14:15 18 May 2016

Portuqaliyalı futbol mütəxəssisi Jose Maurinyo Türkiyənin "Fənərbaxça" klubunu çalışdıra bilər.


Sportarena.az xəbər verir ki, klub prezidenti Əziz İldırımın Maurinyo üçün illik 15 milyon avronu gözdən çıxardığı bildirilir. 


Mövsümü ikinci pillədə bitirən "Fənərbaxça" yeni sezon hazırlıqlarına erkən başlayıb. Türkiyə mətbuatının iddiasına görə, klub prezidenti növbəti sezon böyük sərmayəni ulduz futbolçulara deyil, baş məşqçiyə yatıracağı bildirilir.


Qeyd edək ki, "Çelsi"dən ayrılan 53 yaşlı təcrübəli mütəxəssis hazırda klubsuzdur.


Digər xəbərlər

Xəbər xətti