Rusiya idmançıları Yay Olimpiya Oyunlarından kənarda qala bilər

16:34 18 May 2016

Rusiya Braziliyada keçiriləcək Yay olimpiadasından kənarlaşdırıla bilər.


Sportarena.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax bu barədə məlumat verib.

İdman funksionerinin sözlərinə görə, rus idmançılarla bağlı dopinq proqrammının mövcud olması təsdiqlənərsə, Rusiya komandaları Rio-de-Janeyroya dəvət almayacaq.

Xatırladaq ki, hazırda ən ciddi ittihamlar rusiyalı yüngül atletlər barədə səsləndirilir. Onlar dopinq problemi üzündən artıq beynəlxalq yarışlardan kənarlaşdırılıb.


Qeyd edək ki, Moskova Antidopinq Labaratoriyası Rusiya yığmasında 15 idmançının Soçi Qış Olimpiya Oyunlarında dopinqdən istifadə etdiyini iddia edir.


Digər xəbərlər

Xəbər xətti