"Trabzonspor" klubu yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.
Sportarena.az xəbər verir ki, komandanı bundan sonra Ərsun Yanal çalışdıracaq.
55 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, bu vəzifədə superliqanın 33-cü turunda "Antalyaspor"a ağır məğlubiyyətdən (0:7) sonra istefaya göndərilən Hami Mandiralını əvəzləyib.
Qeyd edək ki, Ərsun Yanal daha öncə 2007-2009-cu illərdə "Trabzonspor"u çalışdırıb.