İran İslam Respublikasının Şiraz şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb. Yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, Türkiyə, Qazaxstan, Belarus, Almaniya və Ukrayna güləşçiləri iştirak edir.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Türkiyə və Ukrayna komandaları ilə B qrupunda mübarizə aparır. A qrupunda isə, Rusiya, Belarus, Almaniya və Qazaxstan komandaları qüvvələrini sınayır.
Xatırladaq ki, ötən il keçirilən analoji yarışda yunan-Roma güləşçilərimiz Dünya Kubokunu qazanaraq yeni tarix yazmışdılar.
B qrupu
AZƏRBAYCAN - Türkiyə 3:5
59 kq - Taleh Məmmədov - Fatih Üçüncü 2:1
66 kq - Elman Muxtarov - Abdulsamet Günal 3:5
71 kq - Rüstəm Əliyev - Selçuk Can 9:0
75 kq - Şəmistan Quluzadə - Furkan Bayrak 0:9
80 kq - Emin Əhmədov - Burhan Akbudak 7:9
85 kq - İslam Abbasov - Kansu İldem 5:0
98 kq - Orxan Nuriyev - Fatih Başköy 0:2
130 kq - Oyan Nəzəriani - Atilla Güzel 0:2
AZƏRBAYCAN - İran
AZƏRBAYCAN - Ukrayna
CANLI YAYIM linki - https://unitedworldwrestling.org/event/world-cup