Böyüklərdən ibarət milli komandamız Avropa çempionatında iştirak etmək məqsədi ilə artıq İsveçrəyə yollanıb. Komandamız, Avropa Teakvondo Birliyi tərəfindən 19-22 may 2016-cı il tarixlərində Montrö şəhərində təşkil edilən qitə çempionatına tam heyətlə qatılacaq.
48 ölkədən 387 taekvondoçunun qatılacağı yarışda millimiz 17 idmançı ilə təmsil olunacaq. Belə ki,millinin heyətində Dünya, Avropa və I Avropa Oyunlarının qalibi,dünya kubokunun sahibləri, Rio Yay Olimpiya Oyunlarına lisenziya qazanan Radik İsayev (87+ kq), habelə, Milad Beigi Hərçəqani (-80 kq), o çümlədən, Ayxan Tağızadə (-68 kq), Məhəmməd Məmmədov, Sina Bahrami (hər ikisi -63 kq), Səid Quliyev və Namaz Heydərov (hər ikisi -74 kq), eləcə də Məcid Sofiyev, İlham Əliyev (hər iksi -54 kq),Məmmədalı Quliyev (-58 kq), Ramin Əzizov (-80 kq) və Payam Qubadi Oğaz da(-87 kq) yer alıb.
Zərif cinsin nümayəndələrindən isə Rio Olmipiyadasında -67 kq çəki dərəcəsində özlkəmizi təmsil edəcək Fəridə Əzizova, habelə Patimat Abakarova (-53 kq) eləcə də Gülhanım Yeşildal (-53 kq), İlayda Kardelen Çiftçi (-46 kq) və Yaprak Eriş (-62 kq) 4 gün davam edəcək möhtəbər yarışda, çempionluq titulu uğrunda mübarizə aparacaq.Millimiz, çempionata baş məşqçi Reza Mehmandoust, Sun Mi Park,böyük məşqçilər Elnur Amanov, Səbuhi Züfüqarov və HyeYoung Choi-nin rəhbərliyi ilə qatılacaq.
Bu çempionatda ölkəmizi hakimlər qismində beynəlxalq dərəcəli hakim, Azərbaycan Taekvondo Federasiyasının (ATF) baş hakimi Elşən Quliyev təmsil edəcək.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə İsveçrəyə səfər edən millimiz, 23 may tarıxındə vətənə dönəcək.