17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Bakıda keçirilən Avropa çempionatında final görüşünün hakim təyinatları açıqlanıb.
Sportarena.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Portuqaliya – İspaniya matçı isə çexiyalı hakimə tapşırılıb.
Qeyd edək ki, mayın 21-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Portuqaliya - İspaniya oyunu saat 20:00-da başlayacaq.
21 may
Avropa çempionatı, final
20:00. Portuqaliya – İspaniya
Baş hakim: Petr Ardeleanu (Çexiya)
Hakimin köməkçiləri: Balaş Buzas (Macarıstan), Ceyhun Sesigüzel (Türkiyə)
Dördüncü hakim: Qunnar Yarl Yonsson (İslandiya)
8-ci km qəsəbə stadionu.