Futzal üzrə Azərbaycan yığmasının heyətində dəyişiklərə start verilib. Futzal Federasiyasının rəhbərliyi yeni baş məşqçi təyinatının rəsmiləşməsini gözləmədən, artıq lazımsız oyunçuları komandadan uzaqlaşdırmağa başlayıb.
Belə ki, milliləşdirilmiş futzalçılar - Rafael və Auqusto yığmamızdan kənarlaşdırılıb. Böyük ehtimalla onlar bir daha millimizin formasını geyinməyəcəklər.